19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?

ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?

Əvəzləşdirməyə əsas verən halın cari ayda yox, növbəti aylarda nəzərə alınması ilə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzuya “vergiler.az” oxucuları üçün iqtisadçı Anar Bayramov aydınlıq gətirir. 

Tutaq ki, vergi ödəyicisi 2022-ci ilin fevral ayında aldığı 2.000 manatlıq malın dəyərini bank hesabına, 360 manatlıq ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəyib. Amma həmin elektron qaimə-faktura üzrə əvəzləşdirməni fevral ayının hesabatında nəzərə almayıb. Vergi ödəyicisi həmin əvəzləşdirməni mart ayında nəzərə alarsa, vergi qanunvericiliyinin tələblərini pozmuş olurmu?

Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edir. Məcəllənin 174.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

Məhz bu səbəbdən vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda həyata keçirməlidir. Misalımıza uyğun olaraq, vergi ödəyicisi ödəmələri fevral ayındakı elektron qaimə-faktura üzrə həyata keçirdiyi üçün əməliyyatları həmin ayın ƏDV bəyannaməsində qeyd etməlidir. Əgər vergi ödəyicisi həmin əməliyyatı fevral ayının bəyannaməsində nəzərə almayıbsa, o zaman mart ayında fevral ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməlidir.

Bəzi vergi ödəyiciləri hesab edirlər ki, vergi ödəyicisi əvəzləşdirilən ƏDV-ni bəyannamədə qeyd etməməklə dövlət büdcəsinə bəyan ediləcək ƏDV məbləğini azaltmadığından onu istədiyi dövrdə bəyan edə bilər. Amma təcrübədə o da mümkündür ki, vergi ödəyicisi cari ayın əvəzləşdirməsini növbəti aya saxlamaqla bəyan ediləcək vergi məbləğini də süni şəkildə azaltmış olsun.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?