7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr hansı hallarda artırıla bilər?

Vergi yoxlamaları ilə bağlı vergi ödəyicilərində sual yaradan məqamlardan biri də səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün artırılmasıdır. Mövzuya iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:

- vergi ödəyicisinin müraciəti əsasında - keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda

- cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda.
Misal 1: Vergi orqanı vergi ödəyicisində son 2 il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Vergi ödəyicisi müraciət edərək son 3 il üzrə yoxlamanın keçirilməsini tələb etsə, vergi orqanı yoxlamanın əhatə etdiyi dövrü 1 il müddətinə uzada bilər. Amma vergi ödəyicisi yoxlama dövrünün 2 il artırılmasını tələb edə bilməz. Çünki Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Misal 2: Vergi orqanı vergi ödəyicisində yalnız əlavə dəyər vergisi üzrə yoxlama keçirir. Vergi ödəyicisi vergi orqanına müraciət edərək, mənfəət (gəlir) vergisi üzrə yoxlamanın keçirilməsi ilə bağlı müraciət edir. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 36.3-cü maddəsini əsas tutaraq, vergi ödəyicisində səyyar vergi yoxlaması üzrə digər vergi növünü də əlavə edə bilər.
Misal 3: Vergi orqanı vergi ödəyicisində 2022-ci ildə 2020 və 2021-ci illər üzrə vergi yoxlaması keçirir. Yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki dövrlərdə də vergidən yayınma hallarına yol verib. Bu zaman vergi orqanının yoxlamanın əhatə etdiyi dövrü uzatmaq hüququ vardır.
Misal 4: Vergi orqanı 2021-ci il üzrə səyyar vergi yoxlaması keçirir. Eyni vaxtda hüquq-mühafizə orqanı vergidən yayındığı üçün vergi ödəyicisində vergi yoxlamasının keçirilməsi barədə qərar çıxarır. Vergi orqanı həmin qərarı əsas tutaraq vergi yoxlamasının müddətinin qərarda göstərilən müddət qədər artırmaq hüququna malikdir.
VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?