12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib

Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Xergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz. https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?