10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyiciləri ilə görüşlər keçirilir

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

2022-ci ilin yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirilib. Bundan əlavə, DVX-nin Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən onlayn görüşlər təşkil olunub, qanunvericliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.

Qeyd edilən tədbirlərin davamı olaraq 08.02.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 100 vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüşün keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 08.02.2021-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:

Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202

Telegram üzərindən yazılma üçün: DVX Bot

Dövlət Vergi Xidməti vergi ödəyicilərini belə görüşlərdə fəal iştiraka dəvət edir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?