21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə məlumatlar hansı formada qeyd edilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilir ki, mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə fəaliyyət növünün kodu sətrində MDSS üzrə 0300, İTS üzrə 2202, Vergi üzrə 6910011 kodu seçilməlidir. Növbəti bölmədə “Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlər” sətrində gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan məbləğ yazılır və sistem avtomatik olaraq həmin məbləğə 10% sığorta haqqı hesablayır. “İTS haqqına cəlb edilən gəlirlər” sətrində fəaliyyət göstərilən aylar üçün “250” yazılır və sistem avtomatik olaraq həmin məbləğə 4% icbari tibbi sığorta haqqı hesablayır, fəaliyyət göstərilməyən aylar üçün isə “0” yazılmalıdır.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirinin 30 dekabr 2019-cu il tarixli 1917040101742500 №-li Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib edilməsi qaydası, Sosial sığorta haqqına qanunun 14.5.5-ci maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri.
VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?