13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xidməti müqavilələrlə bağlı ciddi yeniliklər gözlənilir

Xidməti müqavilə ilə işləyənlərin də vergi və sosial sığorta haqlarının əmək müqaviləsində olduğu kimi ödənilməsi təklif olunur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər: "Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər".

Nazir qeyd edib ki, bununla bağlı həm Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunub. Bu yenilik xidməti müqavilə ilə çalışanların gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur: "İnsanlar başa düşməlidirlər ki, sosial ödənişlərdən kəsilən hər qəpik sonda onların pensiyasına mənfi təsir edir. Ödənilən hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla hər kəsin özünə qayıdır".

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?