16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisini necə hesablayır?

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 67.5-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablayır.

Misal 1: Vergi ödəyicisi tam iş vaxtı norması ilə çalışan baş mühasibə 400 manat məbləğində vəzifə maaşı təyin edib. Vergi orqanı vergi ödəyicisinə müraciət edərək, 2019-cu il üzrə orta əməkhaqqından az əməkhaqqının verilməsi ilə bağlı ondan izahat istəyir. Vergi ödəyicisi hər hansı izahat vermədiyi halda vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Misal 2: Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində əmək müqaviləsi olmayan fəhlənin çalışdığını müəyyən edir. Vergi orqanı həmin fəhlə ilə eyni əmək funksiyasına və iş rejiminə malik, əmək müqaviləsi olan şəxs müəyyən etdikdə əlaqəli məlumatlardan istifadə etməklə gəlir vergisini hesablaya bilər. Əks halda, vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Qeyd edək ki, vergi orqanının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və könüllü tibbi sığorta məbləğini də ötən ilin yekun ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi əsasında hesablayacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?