22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Millət vəkili Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqlayıb

Millət vəkili Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqlayıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında baxılacaq qanun layihələri açıqlanıb. Millət vəkili Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən təqdim olunacaq qanun layihələrinin qısa izahını verib. Bildirib ki, “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Qaradağ sənaye parkı üçün nəzərdə tutulmuş gömrük və vergi güzəştlərinin (parkın rezidenti tərəfindən fəaliyyətin məqsədləri üçün idxal olunan bütün malların rüsum və ƏDV-dən azad olunması) daha 5 il – 2026-cı ilin may ayının 1-nə kimi uzadılması təklif olunur.

“Gömrük Məcəlləsi”nə ediləcək digər dəyişiklik emal məhsuları ilə bağldır. T.Mirkişili bildirib ki, sahibkarlar daxildə emal edilən malların xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər. Bu borc adətən idxal olunuan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır. Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasına ehtiyac vardır. Bunun üçün Vergi Məcəlləsində daha bir dəyişiklik edilməsi gözlənilir.

“Dövlət rüsumu haqqında” Qanuna ediləcək dəyişiklik isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alğı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?