6 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnnovasiya məhsullarının satışı məsələləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlıq davam etdirilir.

Növbəti belə görüş "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin (AZİNNEX), birliyin üzvü olan müəssisələrin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Onlayn formatda keçirilən görüşdə informasiya texnologiyaları üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyəti, innovasiya məhsullarının satışı, o cümlədən ixracı ilə bağlı mövcud çətinliklər, onların həlli, xarici bazarlara çıxış imkanlarının artırılması və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub.

Görüş zamanı müvafiq sektorun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?