15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muzdlu işdən əldə olunan gəlirlərə görə verginin hesablanması

Əmək müqaviləsi əsasında işçinin əldə etdiyi gəlirlər muzdlu işlə əlaqədar əldə olunan gəlirlər sayılır. Bu gəlirlərə görə verginin hesablanması qaydasını iqtisadçı ekspert Radil Fətullayev izah edir.

Vergi Məcəlləsinə görə muzdlu işlə əlaqədar əldə olunan gəlirlər üçün verginin hesablanması 2019-cu ilin yanvar ayından iki istiqamət üzrə hesablanmaqdadır:

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi;
• Neft-qaz və dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi.

Əmək müqaviləsi üzrə çalışan işçilərin gəlirlərindən

verginin hesablanması qaydası

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün gəlir vergisinin hesablanması

Neft-qaz və dövlət sektoru üçün gəlir vergisinin hesablanması

8000 manata qədər məbləğ

7 il müddətinə gəlir vergisindən azaddır

8000 manatdan yuxarı məbləğin 14%-i miqdarında gəlir vergisinə cəlb olunur

2500 manata qədər 200 manat çıxılmaqla 14% vergiyə cəlb olunur

2500 manatdan artıq olduqda 350+artıq məbləğin 25%-i miqdarında vergiyə cəlb olunur

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginindərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Neft-qaz və dövlət sektoru üçün gəlir vergisinə cəlbetmə aşağıdakı cədvələ uyğun tətbiq olunur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz (200 manat çıxılmaqla)

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir işyerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Onu da qeyd edək ki, nəzərdə tutulan güzəştlər əsas iş yerinə aiddir. Əlavə iş yerində hesablama güzəştlər tətbiq edilmədən aparılmalıdır.

Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin (ƏDV ödəyicisi) vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?