6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müəssisənin əmlak vergisi necə hesablanır?

Müəssisənin əmlak vergisi dedikdə müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Bəs əmlak vergisi necə hesablanır? Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Hüquqi şəxs olan təsərrüfat subyekləri üzrə əmlak verigisi hesabalanan zaman qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Burada müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Misal: “LM” MMC-nin 2020-ci il üzrə əmlak vergisi hesablanıb ödənilməlidir. Hesabat zamanı müəssisənin əmlak vergisinə cəlb edilən əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.200.000 manat, ilin sonuna isə 1.500.000 manat olması müəyyənləşdirilmişdir. Belə olduqda müəssisənin əmlakının orta illik qalıq dəyəri:

(1.200.000 + 1.500.000)/2 = 1.350.000 manat təşkil edəcəkdir.

“LM” MMC -nin əmlak vergisi isə belə hesablanacaq: 1.350.000 * 1% = 13.500 manat.

Əmlak vergisinin ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisi məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Misala görə, “LM” MMC 2020-cu ildə 6.000 manat məbləğində əmlak vergisi ödəmişdir. Belə olduqda, müəssisə 2021-ci ildə əmlak vergisini aşağıdakı tarixlərdə və məbləğdə ödəməlidir:

15.02.2021-ci il tarixinə kimi - 1200 manat

15.05.2021-ci il tarixinə kimi - 1200 manat

15.08.2021-ci il tarixinə kimi - 1200 manat

15.11.2021-ci il tarixinə kimi – 1200 manat.

Əmlak vergisi hesabat ili bitdikdən sonra hesablanır. Öncədən ödənilən məbləğlər çıxıldıqdan sonra qalan borc büdcəyə ödənilir.

müəssisə hesabat ili ərzində ləğv edildikdə, vergi qanunvericiliyinə görə, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Misala diqqət yetirək: “LM” şirkəti 2021-ci ilin dekabr ayının 1- də ləğv edilir. Müəssisənin əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin 2021-ci il yanvar ayının 1-nə qalıq dəyəri 100.000 manat, 2021-ci il 30 noyabr tarixinə isə 80.000 manatdır. Beləliklə, “LM” MMC-nin əmlakının orta illik qalıq dəyəri: (100.000 + 80.000)/24*11 = 82.500 manat təşkil edəcəkdir. Buna nəzərən də “LM” MMC-nin ləğvi dövründə ödəməli olduğu əmlak vergisi hesablanacaq: 82.500 * 1% = 825.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?