15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yükdaşıma şirkətlərinin vergi yükü

Azərbaycanda yükdaşıma xidməti göstərən şirkətlər iki formada – fiziki şəxs və hüquqi şəxs kimi fəaliyyət göstərirlər. Yükdaşıma şirkətlərinin vergi yükü ilə bağlı məsələləri iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Hansı sahədə olmasından asılı olaraq vergi ödəyicilərinin vergi rejimləri də fərqlənir. Daxildə yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergi ödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər. Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 manatdır, regionlara görə bu məbləğ fərqli əmsallara vurulur.

Sadələşdirilmiş vergi ödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 faizi həcmində - 62,50 manat aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.

Yükdaşıma xidməti göstərən şəxslər fərqlənmə nişanı almaqla əvvəlcədən vergilərini ödəyərək öz fəaliyyətlərini qura bilərlər. Buna görə də onlar rüblük və ya illik hesabatlar təqdim etmirlər. Hansı dövrlərdə fəaliyyətləri olmayıbsa, həmin dövr üçün fərqlənmə nişanı almırlar. Bu onlar üçün çox böyük güzəştdir.

Vergi Məcəlləsinin 165-ci maddəsində göstərilir ki, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət (gəlir) vergisi ödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmin gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət (gəlir) vergisini ödəyirlər. Bu xidməti göstərən vergi ödəyiciləri gəlirləri 200 min manatadək olduqda mənfəət (gəlir) vergisi, bundan çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.

Əgər bu şirkətlər beynəlxalq yükdaşıma xidməti təklif edərlərsə, Vergi Məcəlləsinin 165.4-cü maddəsinə əsasən, xidmət ixracı olduğu üçün ƏDV-yə 0 dərəcə ilə cəlb olunurlar. Onların əsas vergi yükü mənfəət vergisi olur.

Əlavə olaraq yükdaşıma şirkəti xaricdən hər hansı qeyri-rezidentdən xidmət aldıqda isə ödəmə mənbəyində vergi ödəməlidir. Bununla yanaşı, şirkət işçilərinin əməkhaqqı ilə bağlı vergilər də ödənilməlidir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?