10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəl təhsil müəssisələri bəzi vergilərdən azad edilib

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, özəl təhsil müəssisələri sadələşmiş verginin ödəyiciləri siyahısına aid edilməyib.

Məsələyə münasibət bildirən iqtisadçı Rəşad Əliyev bildirib ki, məktəbəqədər tərbiyə, ümumtəhsil (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyəti xüsusi razılıq alınması tələb edilən sahibkarlıq fəaliyyəti növünə aiddir. Ona görə də bu fəaliyyət kriteriyalarına aid şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur: "Buna görə də ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olurlar. Dövriyyəsi 200 min manatdan artıq olduqda isə həmin hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də ƏDV ödəyicisi olurlar".

Ekspert Vergi Məcəlləsində təhsil müəssisələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması məqsədilə yaradılmış xüsusi təhsil müəssisələri üçün mənfəət vergisi üzrə güzəştlərin nəzərdə tutulduğunu da qeyd edib: "Məcəllənin 106.1.17-ci maddəsində göstərilib ki, dividendlərin ödənilməsinə yönəldilməyən mənfəət tam olaraq vergidən azad edilir, dividendlərə yönəldilən hissə isə vergiyə ümumi qayda ilə cəlb olunur. Misal üçün, tutaq ki, "X" təhsil müəssisəsi ilin nəticələrinə görə 100 min manat mənfəət əldə edib. Əgər həmin vəsait dividendlərin ödənilməsinə yönəldilmirsə, bu halda göstərilən məbləğ tam olaraq vergidən azad olunur. Əgər onun 20 min manat hissəsi dividend ödənişinə yönəldilirsə, bu halda yönəldilən hissə mənfəət vergisinə cəlb ediləcək. Yəni bizim misalda 20 min manatdan 20 faiz mənfəət vergisi tutulduqdan sonra yerdə qalan 16 min manat dividend kimi ödənilir. Məcəllədəki güzəştlə bağlı müddəanın əsas məqsədi təhsil ocaqlarının sərəncamda qalan mənfəət hesabına maddi-texniki bazasının inkişafının stimullaşdırılmasıdır".

Bundan əlavə, özəl təhsil müəssisələri əmlak və əlavə dəyər vergisindən də azad ediliblər. Vergi Məcəlləsinin 164.1.13-cü maddəsinə görə, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Bu azadolma həmin təhsil ocağının digər fəaliyyəti üzrə xidmətlərinə şamil edilmir. Məcəllənin 199.4.4-cü maddəsinə görə, təhsil ocaqlarının əsas fəaliyyət növü üzrə istifadə etdikləri əmlakları əmlak vergisindən azadddır. Təhsil sahəsində istifadə olunmayan digər əmlaklar, məsələn, icarəyə verilən bina və s. vergiyə ümumi qaydada cəlb edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?