16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti: 16 min 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

2021-ci il iyunun 1-dək 16 min 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, bunlardan 10 min 787-nin fəaliyyəti aktivdir, 4472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib.

Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2 faizi xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyəti və kooperativ, 2,6 faizi isə digər təşkilati-hüquqi formalardadır.

Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29 faizi ticarət, 27 faizi xidmət, 13,1 faizi tikinti, 30,9 faizi isə digər sahədə fəaliyyət göstərir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?