15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ səfirliyinin əməkdaşları Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində olublar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov qurumun ümumi fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və əməkdaşlıq imkanları barədə məlumat verərək təlim prosesinin təşkili, tədrisin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər, tədris-metodiki vəsaitlərin hazırlanması və s. məsələləri qonağın diqqətinə çatdırıb. Görüşdə Tədris Mərkəzi ilə səfirlik arasında müvafiq fəaliyyət üzrə əməkdaşlığın perspektiv istiqamətləri, müxtəlif aktual mövzular üzrə birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, elmi tədqiqatların aparılması, mütəxəssis hazırlığı, məlumat mübadiləsi və digər sahələr üzrə müzakirələr aparılıb.

ABŞ səfirliyinin İqtisadiyyat şöbəsinin rəhbəri Castin Berg qarşılıqlı əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb. Görüş zamanı səfirliyin həyata keçirə və ya dəstək göstərə biləcəyi sahələr barədə fikir mübadiləsi aparılıb.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?