27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları tətbiq edilir?

Vergi ödəyicilərinin heç arzu etmədiyi hallardan biri maliyyə sanksiyasının tətbiq olunmasıdır. İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin uçotu ilə bağlı hansı hallarda maliyyə sanksiyalarının yarana biləcəyinə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinn 58.2-ci maddəsi isə “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını tənzimləyir.

Misal 1: Qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökumət təşkilatı 25 noyabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, vergi orqanına qeydiyyat üçünsə 5 yanvar 2021-ci il tarixdə müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Misal 2: Dini qurum olan hüquqi şəxs 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Bu qurum vergi orqanına qeydiyyat üçün 30 gündən sonra müraciət etdikdə, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, vergi orqanlarında uçota durmaq üçün müraciət etməyib. Bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etmədiyinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, 40 manat maliyyə sanksiyası hesablanacaq.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?