13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Vergilər. Şəffaflıq. İnkişaf"

Rüfət Quliyev, Milli Məclisin deputatı

Bakıda vergi forumu keçirmək artıq ənənəyə çevrilib. Burada toplaşan insanların - istər sahibkarlar, istər beynəlxalq təşkilatların rəhbərləri, istərsə də iqtisadi blokun nazirlərinin artıq yanaşma metodu da dəyişilib. Digər tərəfdən, ölkədə son iki ildə keçirilən islahatlar daha çox iqtisadi bloka, kiçik və orta sahibkarlığın formalaşmasına, mikro sahibkarlığın inkişafına aiddir. Əminəm ki, Azərbaycanda gedən iqtisadi islahatın nəticələri tədricən, ilin sonunadək öz bəhrəsini göstərəcək.

Vergi sistemində belə bir qanunauyğunluq var: vergi ödəyicisi nə qədər çox olursa, vergi yükü də azalır. Bu da yeni bir impuls, sinergetik effekt verir, kiçik və orta sahibkarlığın inkişafının təməlini qoyur. Nəzərə alaq ki, əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiyada ümumi daxili məhsulda kiçik və orta sahibkarların istehsal etdikləri malların və göstərdikləri xidmətlərin payı 65 faiz, Qərbi Avropada 65 faizdən yuxarı, Amerika Birləşmiş Ştatlarında 60 faizə yaxın təşkil edir.

İqor Yekovenko, "AZEL SYSTEMS" şirkətinin prezidenti

Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları çox əhəmiyyətli, lazımlı və tam vaxtında verilmiş qərar kimi qiymətləndirirəm. Biz "AmCham"ın, eləcə də Rusiya-Azərbaycan Biznes Palatasının üzvləri ilə vaxtaşırı görüşür, yenilikləri müzakirə edirik. Mən həm də Azərbaycanda fəaliyyət göstərən bir çox əcnəbi iş adamları ilə tanışam. Biz böyük bir nikbinliklə deyə bilərik ki, islahatlar bir-iki ilə istehsalın artımına, bütün Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaqdır.

Rusiyanın Federal Vergi Xidməti ilə Azərbaycanın Vergilər Nazirliyinin əməkdaşlıq perspektivlərinə baxdıqda çox pozitiv mənzərənin şahidi oluruq. Düşünürəm ki, Rusiya Federasiyası Azərbaycanın vergi sistemindən nələrisə öyrənə bilər. Azərbaycan brendi olan "ASAN xidmət" Rusiyada da məşhurdur. Azərbaycan da Rusiya vergi xidmətinin inkişaf etmiş sahələri haqqında məlumat ala bilər. Bu addımların atılması üçün tez-tez belə tədbirlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi vacibdir. Ümumilikdə MDB ölkələrinin vergi xidmətləri öz aralarında təcrübə mübadiləsi aparmalıdırlar. Məsələn, Azərbaycanda ƏDV uçotunun aparılması prosesi uzun müddətdir ki, avtomatlaşdırılıb. Nəticədə bu sahədə qeyri-qanuni hərəkətlər, cinayət xarakterli qayda pozuntusu praktik olaraq mümkün deyil. Rusiya da bu təcrübəni qəbul edə bilər.

Sonda qeyd etmək istəyirəm ki, böyük dövlət qurumları ilə işləyən və onların kompüter proqram təminatçısı olan bir şirkətin rəhbəriyəm. Biz rəsmi, leqal biznes yürüdürük və vergilərimizi vaxtında və açıq şəkildə ödəyirik. Bütün iş adamlarına "kölgə iqtisadiyyatı"ndan uzaq durmağı və uçot sistemini şəffaflaşdırmağı tövsiyə edirəm.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?