26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarına işə qəbulla bağlı karyera günü

Vergi orqanlarına işə qəbulla bağlı karyera günü

Vergilər Nazirliyinin İnsan resursları departamenti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq magistratura və doktorantura mərkəzində təhsil alan magistrlər üçün karyera günü keçirilib. UNEC-dən bildirilib ki, görüşdə nazirliyin İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin rəhbəri İlkin Rəhimov və Vergi ödəyicilərinə xidmət departamentinin Xidmətlərin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyev vergi orqanlarına işə qəbul prosesi barədə ətraflı məlumat veriblər. Həmçinin bu istiqamətdə karyera qurmaq üçün lazımi bilik və bacarıqlar, imtahanların təşkili qaydaları, özünütəkmilləşdirmə yolları, sistemli çalışma metodları barədə təcrübələrini paylaşıblar. Görüş iştirakçıları vergi qanunvericiliyi, təyinatlar, ehtiyat kadrlarla iş və digər maraq doğuran məsələlər barədə məlumatlandırılıblar.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?