15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyatın inkişaf strategiyasının reallaşması istiqamətində mühüm addımlar atılır

"Bu gün burada səsləndirilən fikirlər və təkliflərin icra edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına, maliyyə resurslarının möhkəmləndirilməsinə, ölkədə sivil vətəndaş cəmiyyətinin yaradılmasına müsbət təsir göstərəcək. Son illərdə milli iqtisadiyyatın inkişaf strategiyasının reallaşdırılması istiqamətində böyük işlər görülüb. Cəsarətlə demək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafının bu mərhələsində, qlobal risklərin artdığı bir şəraitdə dövlət strukturları arasında kommunikasiya işləri əhəmiyyətli dərəcədə təkmilləşdirilib".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu sözləri "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumdakı çıxışında səsləndirib. Qeyd edib ki, hazırda iqtisadi strukturlar arasında əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən aktual məsələlərdəndir: "Forumda qaldırılan məsələlər hər bir Azərbaycan vətəndaşı, xüsusilə də iş adamları üçün çox faydalıdır. Sahibkarlıq Azərbaycan iqtisadiyyatının strateji resursudur, sahibkarlıq olmadan özəl sektor inkişaf etməz, ölkəmiz bazar iqtisadiyyatı münasibətlərini uğurla həyata keçirə bilməz. Ona görə də sahibkarlığın inkişafı üçün imkanlar daha da genişlənir, iş adamlarının maliyyə resurslarına çıxışı təmin edilir. Eyni zamanda, vergi yükünün artırılması yox, vergi ödəyicilərinin sayının artırılması istiqamətində mühüm addımlar atılır ki, bu da təqdirəlayiqdir".

Vergi yükünün artırılması yox, vergi ödəyicilərinin sayının
artırılması istiqamətində mühüm addımlar atılır

Dövlət büdcəsinin xərclərinin artırılmasına tərəfdar olduğunu bildirən Ziyad Səmədzadə deyib ki, dünyanın əksər ölkələrində adambaşına düşən büdcə xərcləri Azərbaycandakından 5-6 dəfə yüksəkdir. Bu baxımdan, dövlət büdcəsinin formalaşdırılması siyasətində bu geriliyin aradan qaldırılması mütləq nəzərə alınmalıdır: "Azərbaycan hökuməti sosial infrastrukturun yaradılmasına ona görə büdcədən böyük vəsaitlər xərclədi ki, ölkədə biznes mühiti yaradılsın və sahibkarlar bu məsələlərdə əziyyət çəkməsinlər. Bu forumda səsləndirilən fikirlər də bir daha sübut edir ki, iqtisadi sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün geniş imkanlar mövcuddur. Dövlətin iqtisadi strukturları qarşılıqlı əməkdaşlıq şəraitində bu imkanlardan maksimum istifadə etməlidirlər ki, iqtisadi inkişafın dayanıqlığını və inkişafın davamlılığını təmin edə bilək".

:

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?