1 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda beynəlxalq forum işə başlayıb

Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forum öz işinə başlayıb. Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə olunan məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə kömək göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cabbarov forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən nazir bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.

IOTA-nın icraçı katibi Migel Silva Pinto beynəlxalq forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Forum öz işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər. IOTA-nın Katibliyinin nümayəndələri forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə olunan məlumatlardan səmərəli istifadənin perspektivləri haqqında çıxış ediblər.

Forum öz işini fevralın 21-dək davam etdirəcəkdir.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ