19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri

Vergilər Nazirliyinin fəaliyyət sahəsi cəmiyyətin bütün üzvlərinin və təbəqələrinin maraq dairəsini əhatə edir. Ölkənin hər bir vətəndaşı ya vergi ödəyicisi, ya da dövlət büdcəsinə toplanan vergilərdən bu və ya başqa formada yararlanmaqla həmin dairəyə daxildir. Buna görə də Vergilər Nazirliyinin fəaliyyəti hər zaman ictimaiyyətin diqqət mərkəzində olur. Nazirliyin də öz fəaliyyətini şəffaf və hesabatlı qurması, vergi ödəyiciləri ilə işin təşkili ilə bağlı ictimaiyyəti davamlı olaraq məlumatlandırması ilə yanaşı, həm də bu prosesdə ictimai iştirakçılığın daha da genişləndirilməsi, müxtəlif maraq qrupları, vətəndaş cəmiyyəti təmsilçiləri və müstəqil ekspertlərlə məsləhətləşmələrin aparılması zəruridir.

Son illər vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində nazirliyin həyata keçirdiyi tədbirlərin mühüm bir istiqaməti kimi əhalinin, xüsusilə vergi ödəyicilərinin maarifləndirilməsi və onları maraqlandıran sualların cavablandırılması, vətəndaşların üzləşdikləri problemlərin müzakirəsində və həllində həssaslıq göstərilməsi müsbət haldır.

Vergilər Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil ekspertlərlə görüşlərin təşkili son dövrlər ənənə halını alıb. Vətəndaş cəmiyyətinin nümayəndəsi və müstəqil ekspert kimi bunu alqışlayıram. 2018-ci ilin sonunda Vergi Məcəlləsinə edilmiş 250-dək dəyişikliklə bağlı nazirlik həm layihənin parlament müzakirələri dövründə, həm də dəyişikliklər təsdiq edildikdən sonra biznes nümayəndələrinin, müstəqil ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə bir sıra məsləhətləşmələr və müzakirələr təşkil edib. Belə görüş və müzakirələrin mütəmadi xarakter alması çox yaxşı olardı.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?