2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnsanlar yeni normalara uyğunlaşmalıdırlar

Pandemiya şəraitində ticarət və ictimai iaşə müəssisələrində sanitar-epidemioloji qaydalara uyğun fəaliyyətə dair nəzarət tədbirləri davam etdirilir. Qida üzrə mühəndis İsa Əliyev qəbul edilmiş qayda və normalara əməl etməyin zəruriliyini vurğulayıb:

Azərbaycanda COVID-19 pandemiyası yayılmağa başlayanda Qida Təhlükəsizlyi Agentliyi bir sıra metodiki göstərişlər və normativlər qəbul edib. Həmin sənədlər,əsasən, ictimai iaşə müəssisələrində, iri və kiçik ticarət obyektlərində, xüsusən qida məhsullarının satışı ilə məşğul olan şəxslərin gigiyenik və sanitar qaydalara riayət etməsi ilə bağlıdır.

Həmin qaydalara görə, açıq formada satılan bəzi qida məhsulları şəffaf şüşələrlə və ya digər müvafiq vasitələrləörtülməlidir. Bundan başqa, istehlakçılar, alıcılar piştaxtaya qoyulan məhsullara əl ilə toxuna bilməzlər. Sadəcə, xüsusi geyimdə olan satıcılar əlçək və maskadan istifadə etməklə həmin məhsulları götürüb müştərilərə təqdim etməlidirlər.

Bununla bərabər, marketlərdə, kafe və restoranlarda xüsusi dezinfeksiya işləri aparılmalıdır. Həmin işləri obyekt sahibləri deyil, bu işlə məşğul olan peşəkar şirkətlər həyata keçirməlidir. Həmin obyektlərdə işləyən şəxslərəmütəmadi olaraq virusdan qorunmaq və müştərilərə sağlam xidmət etməklə bağlı təlimlər keçilməlidir.

Qəbul edilən göstəriş və normativ qaydalara əməl olunmasına nəzarət etmək məsuliyyəti əsasən obyekt sahiblərinin və rəhbərlərinin üzərinə düşür. Təəssüf ki, bir sıra hallarda obyektlərdə müştəriləri giriş qapısında yoxlanılmaması, vətəndaşların içəri maskasız daxil olduğunu müşahidə edirik. Bu cür arzuedilməz halların qarşısının alınması üçün daha ciddi nəzarət tədbirlərinin görülməsi vacibdir. Hər bir obyektin giriş qapısında ayrıcaişçi dayanmalıdırlar ki, içəri daxil olan şəxslərin temperaturunu ölçsün, maskadan istifadə olunmasına diqqət etsin. Xüsusilə qida məhsullarına əl ilə toxunmaq yolverilməzdir. Türkiyədə və bir çox Avropa ölkələrində artıq karantin qaydaları yumşaldılsa da, bəzi yeni normalar qəbul edilib. Bunlar yeni qavram, davranış normalarıdır. Düşünürəm ki, həmin normalar Azərbaycanda da tətbiq olunmalıdır. Təbii ki, ticarət və xidmət müəssisələri, ictimai iaşə obyektləri daim bağlı qala bilməz, nə vaxtsa açılacaq.Ancaq insanlar yeni normalarla davranmalı olacaq. Yuxarıda qeyd etdiyimiz normativlər artıq bizim həyatımızda uzunmüddətli yer tutacaq.

Qeyd edək ki, qida satışı normalarına uyğun olaraq,artıq marketlərdə çörək məhsulları ayrıca paketlərdə təqdim edilir. Yaxın gələcəkdə bu qayda bir sıra digərməhsullara da tətbiq ediləcək. Qida məhsulları vasitəsilə virusun insanlara yoluxması halı hələ indiyədək qeydə alınmasa da, bunun başvermə ehtimalı istisna olunmur. Ona görə də işlərimizi öncədən planlaşdırmalıyıq ki, problem yaşanmasın. İaşə obyektləri, restoranlar, kafelər, mərasim evləri, irili-xırdalı bütün ticarət obyektləri verilən metodiki göstərişlərə, nomativlərə riayət etməlidir.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ