14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sinqapurda karantinə riayət olunmasına robot-it nəzarət edir

Karantin tədbirlərinə nəzarət edən mexaniki robot-it müstəqil şəkildə ictimai yerlərin keşiyini çəkir, yoldan ötənlərə bu sözlərlə müraciət edir: "Sinqapurluların sağlamlığını qoruyaq, sizin şəxsi təhlükəsizliyiniz və ətrafdakıların təhlükəsizliyi üçün bir metrlik sosial məsafəyə riayət edin. Çox sağ olun".

Robot gözə çarpmaqdan ötrü parlaq qara-sarı rəngə boyanıb və vəziyyəti dəyərləndirmək üçün xüsusi kameralarla təchiz edilib.

Hələ ki, bir nüsxədə hazırlanmış bu qurğu ABŞ-ın "Boston Dynamics" istehsalçı şirkətindən alınıb. Eksperiment insan həyatı üçün yüksək riskli yerlərdə robotlardan istifadənin səmərəliliyini üzə çıxarmaq məqsədi daşıyır. Uğur əldə ediləcəyi təqdirdə koronavirusla mübarizə çərçivəsində robot texnikasından kütləvi şəkildə istifadəyə başlamaq planlaşdırılır.

Eksperiment maraqlı hadisələrsiz də ötüşmür. Sinqapurun "The Straits Times" qəzetində dərc olunmuş fotoşəkillərdə robot-it qəflətən piyadaların yanında dayanaraq müəyyən edilən qaydaları pozmamağa çağırarkən, sosial məsafəyə riayət edən insanların çöhrələrində çaşqınlıq görmək mümkündür.

Bu eksperiment insanlarda ziddiyyətli emosiyalar yaradır. Məsələn, robotu videoya çəkən amerikalı jurnalist Qlen Qrinvald onu "həyatda indiyədək gördüyü ən mənasız antiutopik əşya" adlandırıb.

Hakimiyyət orqanları robot-itin yalnız qrup halında toplanan insanların qeydə alınması üçün proqramlaşdırılmasını təsdiqləsələr də, hüquq müdafiəçiləri bu qurğudan əhalinin izlənilməsi məqsədilə istifadə olunacağından ehtiyatlanırlar.

Karantin rejiminə riayət üçün texnikanın istifadə olunduğu Sinqapur təcrübəsinə gəlincə, hakimiyyət orqanları ilk gündən bu məqsədlə 30 dron işə salıb. Mexaniki itdən istifadə etmək fikri isə onunla bağlıdır ki, "it" insanların daha çox diqqətini cəlb edir və ləngiyən piyadaları tələsdirmək üçün ondan istifadə etmək əlverişlidir.

Qeyd edək ki, əhalisi 5,7 milyon olan Sinqapurda indiyədək koronavirusa 21 min yoluxma halı aşkar edilib. Bu, əsasən ağzınadək dolu yataqxanalarda yaşayan işçi-miqrantlar arasında müşahidə olunub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?