12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların dəstəklənməsi ölkə iqtisadiyyatının yenidən canlanmasına zəmin yaradır

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Elşən Osmanov, "Azərbaycan kağız və karton istehsalat kombinatı" MMC-nin direktoru: "Respublikamızın Prezidenti cənab İlham Əliyevin operativ reaksiyası, yerində verdiyi göstərişlər və qərarlarla koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərin iqtisadiyyata minimal zərər verməsi üçün mühüm işlər görülüb və görülməkdədir . Ölkə başçısının bildirdiyi kimi, hazırda iqtisadi inkişafdan da vacib olan insanların sağlamlığıdır.

763 işçinin çalışdığı kombinatımız öz fəaliyyətini dövlət başçısının göstərişlərinə və tapşırıqlarına uyğun davam etdirir. Bu çətin dövrdə biz də mümkün olduğu qədər əməkdaşlarımızın sağlamlığını düşünərək ciddi tədbirlər görürük. Distant fəaliyyət göstərməsi mümkün olanlar evdən çalışırlar, digər istehsalat və satış sahəsində çalışanlar üçün isə lazım olan qoruyucu tədbirlər görülüb.

Karantin rejiminin tətbiq edilməsi ilə dövlət qurumları və sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin qoyulması, tullantı kağızın toplanılması prosesinə ciddi təsir etmişdir. Bunun nəticəsi olaraq, kağızın təkrar emalı müəssisəsində də istehsal həcmimiz aşağı düşüb. Xırdalan Karton fabrikimizə gələn sifarişlər azalıb. Buna baxmayaraq, heç bir şəkildə işçi ixtisarı olmayıb.

İşçilərin maaşlarının ödənilməsi üçün dövlətin dəstəyindən faydalandıq. Hörmətli Prezidentimizə özəl sektorun bu çətin vəziyyətdən zərərsiz çıxması üçün atdığı addımlara, dövlət proqramlarının uğurla icra edilməsini təmin edən bütün dövlət qurumlarına göstərdikləri əzmkarlığa görə dərin təşəkkürümüzü bildirirəm. Əminik ki, atılan addımlar, İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarının uğurlu fəaliyyəti qısa bir müddət ərzində ölkə iqtisadiyyatının yenidən canlanmasına səbəb olacaq".

Kamran Əsədov, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri: "Uzun müddətdir ki, təhsil sistemində çalışıram. Bu sahədə dövlətin işlərinə dəstək vermək, qəbul edilmiş qərar və verilmiş sərəncamların şərh edilməsi, insanlar üçün təhsil sahəsində edilən yeniliklərin əlçatanlılığının təmin edilməsi üçün Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzini təsis etmişəm. Mərkəzin "tehsil.biz" saytı həm Azərbaycanda, həm də dünyada təhsil sistemində baş verən hadisələri işıqlandırmağa xidmət edir. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün 2019-cu ilin noyabr ayında bankdan 30 min manat biznes krediti götürmüşük.

Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin iqtisadiyyata təsirinin minimuma endirilməsi üçün dövlət sahibkarlara böyük dəstək verdi. Rəhbəri olduğum mərkəz dövlətdən maliyyə yardımı alıb. Ölkə vətəndaşlarına, eləcə də rəhbəri olduğum təşkilata diqqət və qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, İqtisadiyyat nazirinə, aidiyyəti qurumlara təşəkkür edirəm. Bu onu göstərir ki, bundan sonra daha şəffaf şəkildə fəaliyyət göstərmək, işçilərlə əmək müqaviləsi bağlamaq, vaxtlı-vaxtında öhdəlikləri yerinə yetirmək lazımdır. Biz güclü Azərbaycan dövləti istəyiriksə, bunu etməliyik. Dövlət tərəfindən dəstək bizə yeni stimul verir. Sizi əmin edirəm ki, dövlətdən aldığımız dəstək bizi postpandemiya dövründə daha səmərəli fəaliyyət göstərməyə təşviq edir".

İslam Ağayev, "Energoservis" MMC-nin direktoru: "Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiqi şirkətimizin iş fəaliyyətinin dayanması ilə nəticələndi, işçilərimizin əməkhaqqının ödənilməsində çətinliklərimiz yarandı.

Dövlətimiz karantin rejimindən zərər çəkmiş bütün iş adamlarına və sahibkarlara, o cümlədən bizim şirkətimizə də dayaq duraraq biznesimizə kömək göstərdi. İşçilərin əmək haqlarının ödənilməsi üçün bank hesabımıza vəsait ödənildi. Məktubla bildirildi ki, növbəti ayda da müəssisəmizə yardım göstəriləcək. Bu qayğıya görə şirkətimizin kollektivi adından dövlətimizə və dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk".

Dilşad Əmirova, "Arazavia" MMC-nin direktoru: "Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı tam vaxtında atılmış addım oldu. Üzləşdiyimiz mürəkkəb vəziyyətdən çıxmaq üçün Nazirlər Kabinetinin müəyyənləşdirdiyi Tədbirlər Planı ölkəmizdə biznesin davam etməsi və gələcək inkişafı üçün etibarlı stimul yaradır. Həmişəki kimi, bu çətin günlərdə də vətəndaşların yanında olan, iş adamlarının qayğılarını nəzərə alan dövlətimizə və dövlətimizin başçısına arxalanırıq.

Dövlətin müəyyənləşdirdiyi dəstək proqramından yararlanan bir şirkət olaraq, sahibkarlara göstərilən dəstəyə görə ölkə başçımız cənab İlham Əliyevə və hökumətimizə təşəkkür edirik".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?