1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır

Koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyasına qarşı Azərbaycanda atılan addımları həm dünya ölkələri, beynəlxalq təşkilatlar, həm də ölkə vətəndaşları yüksək qiymətləndirir.

Millət vəkili Şahin İsmayılovun sözlərinə görə, koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, koronavirusla mübarizə çərçivəsində paytaxt və bölgələrdə hər biri 200 çarpayılıq 6 modul tipli xəstəxana tikilir: "Təbii ki, Azərbaycanda da vaxtında atılmış düzgün addımlar olmasaydı, bu gün virus qarşısında aciz qalan ölkələrdəki oxşar mənzərə bizdə də müşahidə olunardı. Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən operativ tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, heç bir donordan asılı olmadan öz daxili imkanları, iqtisadi gücü hesabına bu virusla mübarizə aparır və inanıram ki, biz mübarizədən qalib çıxacağıq. Dövlətimizin apardığı bu mücadilədə bizdən tələb olunan isə çox sadədir: cəmiyyətimizin sağlamlığı naminə evdə qalaq".

Səbuhi TURAN

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?