Millət vəkili Şahin İsmayılovun sözlərinə görə, koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, koronavirusla mübarizə çərçivəsində paytaxt və bölgələrdə hər biri 200 çarpayılıq 6 modul tipli xəstəxana tikilir: "Təbii ki, Azərbaycanda da vaxtında atılmış düzgün addımlar olmasaydı, bu gün virus qarşısında aciz qalan ölkələrdəki oxşar mənzərə bizdə də müşahidə olunardı. Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən operativ tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, heç bir donordan asılı olmadan öz daxili imkanları, iqtisadi gücü hesabına bu virusla mübarizə aparır və inanıram ki, biz mübarizədən qalib çıxacağıq. Dövlətimizin apardığı bu mücadilədə bizdən tələb olunan isə çox sadədir: cəmiyyətimizin sağlamlığı naminə evdə qalaq".
Səbuhi TURAN