5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yerə nisbətən ekzoplanetlərdə su ehtiyatlarının çoxluğu həyatın olması ehtimalını artırır

Yerə nisbətən ekzoplanetlərdə su ehtiyatlarının çoxluğu həyatın olması ehtimalını artırır

Astronomlar Yer kürəsinə bənzəyən və Günəş sistemindən kənarda yerləşən ekzoplanetlərdə həyat əlamətlərinin olması ilə bağlı fərziyyələri araşdırırlar. Son tədqiqatların nəticəsində bu ehtimallar daha da artıb. ABŞ-ın Boston şəhərində keçirilən konfransda Harvard Universitetinin astrofiziki Li Tszen bu məsələ ilə əlaqədar yeni tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, elmə məlum olan ekzoplanetlərin üçdəikisində (onların ölçüsü Yerdən daha böyükdür) su ehtiyatları mövcuddur.

Bundan başqa, bu göy cisimlərinin bir çoxunda olan su planetin ümumi çəkisinin 50 faizini təşkil edir. Məlumdur ki, Yer planetində bu göstərici cəmi 0,02 faizdir. Li Tszen bildirib ki, bu məlumatlar ABŞ-ın "Kepler" rəsədxanasının və Avropanın "Gaia" teleskopunun müşahidələri əsasında əldə edilib.

Astronomların qənaətinə görə, Yerdən 2,5 dəfə böyük olan bu ekzoplanetləri "su dünyası" da adlandırmaq olar. Onların çəkisi bizim planetə nisbətən 10 dəfə artıqdır. Digər tərəfdən, bu planetlərdəki su daha fərqlidir. "Ekzoplanetlərin səthində temperaturun 200-500 °C arasında olduğu güman edilir. Onlar su buxarından və aşağı qatlarda nazik maye təbəqəsindən ibarət atmosferlə əhatə olunub. Daha dərinlərdə - planetlərin sərt nüvə qatında buz kütləsi ola bilər", - deyə Li Tszen əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-dan bir qrup alim Ayın qütblərində - kraterlərin kölgəsində buz təbəqəsinin olduğunu bəyan edib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması