27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Plastik tullantılardan yol çəkilib

Plastik tullantılardan yol çəkilib

Estoniyanın paytaxtı Tallin şəhərində Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib. Şəhərin küçələrinin birində piyada keçidi plastik tullantılardan hazırlanmış yol örtüyü ilə üzlənib. Şəhər rəhbərliyi bunu hazırda dünyanı narahat edən plastik tullantıların düzgün istifadəsi istiqamətində atılmış əhəmiyyətli addım hesab etdiyini bildirib. Şəhər rəhbərliyinin bu addımı bütün Avropa ölkələri tərəfindən alqışlanıb.

Məhsul Şotlandiya şirkətlərindən biri tərəfindən hazırlanıb. Tədqiqatlar göstərib ki, bitumla qarışdırılmış bu məhsul uzunömürlüdür. Təbii ki, bu məhsul istilik dərəcəsi +30-u keçməyən ölkələr üçün daha uğurludur.

Maraqlı faktlardan biri də odur ki, bir kilometrlik yolun çəkilməsinə təxminən 684 min plastik butulka və ya 1,8 milyon birdəfəlik plastik paket sərf olunur.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?