5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kəməri göbələkdən, korpusu ağacdan…

Kəməri göbələkdən, korpusu ağacdan…

İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb.

Layihənin müəllifi olan "Mycotech" şirkətinin nümayəndəsi deyib: "Biz dünyada ilk dəfə ekoloji təmiz saat hazırlamışıq. Onun istehsalı zamanı istifadə edilən bütün məhsullar - yalnız saatın mexanizmi çıxılmaqla - təbiətdə çox asanlıqla parçalanır".

Saatın kəməri kənd təsərrüfatı tullantılarından və göbələyin tel şəkilli köklərindən hazırlanıb.

Qəzetin yazdığına görə, ənənəvi dəri kəmərlərin hazırlanması zamanı insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrdən və rənglərdən istifadə edilir. İstehsal prosesində istifadə olunan su sonradan çaylara və digər su mənbələrinə axıdılır. Bundan əlavə, dəri istehsalı üçün nəzərdə tutulan mal-qara çoxlu miqdarda parnik qazları yaradır. Təklif olunan yeni innovasiyalı texnologiya bu çatışmazlıqlardan uzaqdır və ətraf mühit üçün təhlükəli deyil.

Bu texnologiyanın daha bir üstün cəhəti işin sürətidir. İstehsal üçün lazım olan göbələklərin yetişdirilməsinə cəmi beş gün vaxt lazımdır.

Bundan əlavə, həmin İndoneziya şirkəti həmin texnologiya vasitəsilə kənd təsərrüfatı tullantılarından tikinti blokları, lövhələr və mebel sənayesində istifadə edilən materiallar hazırlayır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması