24 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

9 noyabr - Dövlət Bayrağı Günümüz mübarək!

Hörmətli oxucular!

Bu gün hər birimiz üçün qürur bayramı - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu əziz gün münasibətilə sizi ürəkdən təbrik edir, ulu bayrağımızın altında xoşbəxt sabahlar arzulayırıq. Bayram təbrikimizi unudulmaz şairimiz Taleh Həmidin ölməz şeiri ilə çatdırırıq:

Dəniz kənarında bayraq yellənir!

Dəniz kənarında bayraq yellənir,
Coşur damarımda kükrəyən qanım.
Göy, yaşıl, qırmızı – ümman sellənir,
Yaşa, ey Vətənim, Azərbaycanım!

Min ildi səninçün qanlar vermişik,
Azğın düşmənlərə gərmişik sinə.
Biz səndən ötəri canlar vermişik,
Biz Məcnun olmuşuq sənin eşqinə.

Damarımın qanı, alnımın təri,
Sən yerin işığı, göyün işığı.
Arzum, diləyimsən əzəldən bəri,
Ey mənim bayrağım, günəşə sığın!

Səninlə yurduma bahar, yaz gəldi.
Elə ki, quş kimi qalxdın havaya.
Uğrunda can verən ruhlar dincəldi,
Min alqış deyirəm müqəddəs paya.

Nə niyyətlə gəldi, gələn yağılar,
Sonuncu düşmənim ölürmü görən?
Ey Vətən, sinəndə ölən yağılar,
Vətən nə deməkdi, bilirmi görən?

Riqqətə gətirir bütün dünyanı,
Cahana yayılır işığı, nuru.
Bayraq şəhidlərin tökülən qanı,
Bayraq – nəsillərin sınmaz qururu!

Dəniz kənarında bayraq yellənir,
O mənim eşqimin məbədi olsun.
Göy, yaşıl, qırmızı ümman sellənir,
Deyirəm ey Tanrım, əbədi olsun!

Taleh HƏMİD

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?