9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda "Elektron məhkəmə" informasiya sistemi təkmilləşdirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan icra və kommunikasiya planı müzakirə olunub. İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyanın təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi əsas müzakirə mövzusu olub.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı bildirib ki, məhkəmə sistemi sahəsində islahatlarla bağlı icra və kommunikasiya planında əsasən hədəf "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə" layihəsinin hazırlanmasıdır. Həmçinin, plan üzrə təyin olunmuş orqan və qurumlar mərhələlərlə ”Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya ediləcəklər.

V.Qasımlı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında əlavə edib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması məqsədilə görülən tədbirlər gücləndirilməlidir.

Müzakirələr zamanı məlumat verilib ki, sahibkarlıq subyektləri, aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində növbəti yarım il üçün görüləcək işlərin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, bu müddət ərzində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları hazırlanacaq, bununla bağlı hakimlərə, məhkəmə aparatı işçilərinə və vəkillərə təlimlər keçiləcək. Bundan başqa, məhkəmə sistemi üzrə aparılan islahatlarlar barədə sahibkarlar arasında sorğular təşkil olunacaq, məlumat xarakterli broşüra və digər materiallar hazırlanacaq. Qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə ictimai nəzarət məqsədilə qaynar xətt yaradılacaq. Sistemlə bağlı statistik məlumatlar mütəmadi ictimaiyyətə açıqlanacaq, bu sahədə aparılmış islahatların üstünlükləri və nəticələri barədə KİV-də və sosial şəbəkələrdə silsilə çıxışlar təşkil ediləcək.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, KOB İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "Ekvita" şirkəti, "PricewaterhouseCoopers Azerbaijan" şirkəti, "BM Morrison Partners" şirkəti, "Ekvita", "KPMG Azerbaijan Ltd", "Deloitte Azerbaijan", "Azərbaycanda Amerika Ticarət Palatası" ictimai birliyii, "MGB Law Offices", "BM Morrison Partners", "Dentons Azerbaijan", "Bakı Hüquq Mərkəzi" və "Adrem Attorneys Hüquq" şirkətinin nümayəndələri iştirak ediblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?