22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan idman ictimaiyyətinin bəyanatı beynəlxalq idman təşkilatlarına çatdırılıb

Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyaları beynəlxalq idman təşkilatlarına və qurumlarına Ermənistanınölkəmizə qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən birgə bəyanat ünvanlayıb.Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanmış bəyanat on iki minə yaxın təşkilata göndərilib.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Tədris Mərkəzinin rəis müavini, Mərkəzin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mirəli Kazımov bildirib ki, qeyd olunan bəyanat Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasına, həmçinin qurumun əməkdaşlıq etdiyi 88 beynəlxalq tərəfdaşına göndərilib. Federasiyanın sıx əlaqə saxladığı Türkiyə və bir sıra digər ölkələrinaidiyyəti təşkilatları bəyanatın öz ölkələrinin mətbu orqanlarında geniş işıqlandırılacağı ilə bağlı təşəbbüs göstərəcəklərini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində federasiya bundan sonra da öz imkanlarından maksimum istifadə edəcəkdir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?