23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant) göstərilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən ayrılmış qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonunun təşkili, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcəkdir.

Qeyd: 2020-ci ilin fevralından fəaliyyətə başlayan Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu üzrə mikro, kiçik və orta sahibkarlara və biznesə başlamaq istəyənlərə, startaplara, ailə biznesinə, əlillərə, gənclərə və qadınlara biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, məlumatlandırma, təcrübə proqramlarında iştirak kimi istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər təqdim göstərir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?