1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaqlar

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaqlar

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitəndən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin proqram çərçivəsində ildə 12-15 min mikro, yəni kiçik biznes yaradılacaq. Beynəlxalq və yerli tərəfdaşlar, ayrı-ayrı dövlət strukturları da həmin proqrama aktiv şəkildə qoşulurlar. Dünya Bankı, yerli banklar, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi bu proqrama qoşularaq dəstəyini verir. Proqramın icrası və genişləndirilməsi prosesinə qoşulan qurumların sırasının artması həm də burada gələcəkdə dəyər zəncirinin yaradılmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər və onların aktivlərlə təminatı barədə bütün məlumatların elektron platforma üzərindən, nazirliyin saytında (sosial.gov.az) tam şəkildə ictimai açıqlığı da təmin edilir. İşin belə təşkili hər kəsin burada bir ictimai nəzarətçiyə çevrilməsinə imkan verir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?