1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu il 12 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb ediləcək

Bu il 12 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb ediləcək

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və icrasının sürətləndirilməsi işləri davam etdirilir. Bu il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3700-dən çox vətəndaş həmin proqrama cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə layihə həyata keçiriləcək. Layihə çərçivəsində hər il 5 min, bu il isə 2 min ailənin özünüməşğulluğu təmin ediləcək. Həmçinin nazirlik tərəfindən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri həyata keçirilir.

Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da bu il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma əsasən özünüməşğulluq proqramının genişləndirilməsində banklarla da əməkdaşlıq edilir. Artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?