1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İlin birinci yarısında 76,1 min manat gecikdirilmiş sosial ödəmə işəgötürənlər tərəfindən işçilərə ödənilib

İlin birinci yarısında 76,1 min manat gecikdirilmiş sosial ödəmə işəgötürənlər tərəfindən işçilərə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 76,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 73,3 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Xidmət gecikdirilmiş vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Görülən tədbirlər zamanı, həmçinin aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?