1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı yeni yanaşma

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı yeni yanaşma

“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Belə ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.
Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti) seçmək hüququ verilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?