1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Karantin rejimi dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işə bərpası təmin edilib

Karantin rejimi dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işə bərpası təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədilə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Nəzarət tədbirləri çərçivəsində sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.

Eyni zamanda, ciddi səbəblər olmayan xitam halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulur. Sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması ilə bağlı onlara tövsiyələr verilir.

Bu sahədə işəgötürənlərlə artıq müsbət əməkdaşlıq təcrübəsi mövcuddur. Xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinin həllində sosial həmrəylik təşəbbüslərini dəstəkləyən işəgötürənlər tərəfindən bu tövsiyələr də nəzərə alınır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?