24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan 2020-ci ildə də sosial tədbirləri davam etdirəcək

Azərbaycan 2020-ci ildə də sosial tədbirləri davam etdirəcək

Ölkədə aparılan ardıcıl sosial-iqtisadi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

Vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlətin sosial siyasətinin əsas məqsədlərindəndir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyninin sözlərinə görə, atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "2019-cu il müstəqil Azərbaycan tarixində ən nəhəng sosial islahatların həyata keçirilmə ili kimi tarixə düşdü. Bu islahatlar həyatın bütün sahələrini əhatə etdi. Minimum əməkhaqqının artırılması, şəhid ailələrinə dövlət tərəfindən verilən ödənişlər, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlər məsələsinin həlli, bir sözlə, kompleks tədbirlər həyata keçirildi. Sosial tədbirlərdən 4,2 milyon vətəndaş faydalandı. Sosial paketin icrası nəticəsində dövlətin əlavə öhdəlikləri – büdcədən yeni vəsaitlər ayrılması zərurəti yarandı. Gömrük və vergi sistemində tətbiq olunan şəffaflaşdırma siyasəti nəticəsində 2019-cu ildə büdcəyə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait cəlb olundu. Həmin vəsait əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin icrasına yönəldildi.

Ötən il başlayan sosial tədbirlər 2020-ci ildə də davam etdirilir. Pandemiya şəraitində dövlətin göstərdiyi dəstəyin böyük hissəsi məhz sosial baxımdan həssas qruplara yönəlib. İşsizlikdən əziyyət çəkən 600 min vətəndaşa 190 manat yardımın edilməsi buna parlaq misal ola bilər. Bundan başqa, pandemiya şəraitində tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi kimi çox mühüm bir qərar qəbul edilib. Bütün bunlar onu göstərir ki, koronavirus pandemiyasına və neftin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan dövləti 2019-cu ildə olduğu kimi 2020-ci ildə də sosial tədbirləri davam etdirəcək".

Səbuhi TURAN

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?