6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət yardımının işçilər arasında bölüşdürülməsi

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin 4 aprel 2020-ci ildə təsdiq etdiyi Tədbirlər Planında üç istiqamət - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini qorumaq nəzərə alınıb. Dövlət dəstəyinin əsas hədəflərindən biri pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması, iş yerlərinin saxlanılması və iqtisadi fəallığın qorunmasıdır. Bu məqsədlə, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və şirkətlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

Bəs sahibkarların aldıqları yardımın işçilər arasında bölüşdürülməsi üçün hansı qaydalar tətbiq edilir? Bu sualların cavabını iqtisadçı Mahmud Abasquliyev misallarla izah edib:

Tutaq ki, "BB" MMC-nin bir işçisi var. Həmin işçinin əməkhaqqı 250 manatdir. Dövlət tərəfindən isə MMC-yə 150,75 manat yardım edilib. Burada hesablama bu şəkildə aparılacaq:

Məcburi dövlət sosial sığorta ödənişinin məbləği: 200*22%+50*15% = 51,50 manat

Əməkhaqqına dəstək:

250:2 = 125 manat
51,50:2 = 25,75

Alınan rəqəmləri toplasaq: 125 + 25,75 = 150,75.

Buradan aydın olur ki, dövlət yardımı kimi işçiyə görə ödənilən sığortanın 22 faiz və 15 faizinin yarısı və əməkhaqqının yarısı dəstək proqramına daxil edilir. Qalan məbləğləri – işəgötürən tərəfindən hesablanan 0,5 faiz, işçinin əməkhaqqından tutulan 0,5 faiz, 3 faiz və 10 faiz məbləğində tutulmaları, həmçinin əməkhaqqının qalan hissəsini şirkət özü ödəməlidir.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?