1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birdəfəlik ödəniş edilənlərin sayı 290 minə çatıb

Birdəfəlik ödəniş edilənlərin sayı 290 minə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürüb.

Nazirlikdən bildirilib ki, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.

İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb, 600 min şəxsə aprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.

Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.

Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O, bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?