1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı son 10 gündə 40 min nəfər artıb

Ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı son 10 gündə 40 min nəfər artıb

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9500 ailə artaraq 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. Bu ilin əvvəli ilə müqayisədə həmin məbləğ 10 faizədək artaraq 222 manatı ötüb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?