1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə edilib

Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin "Kapital Bank" ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub.

ABA-dan bildirilib ki, qurumun prezidenti Zakir Nuriyev və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Məmmədyarov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Z.Nuriyev ABA-ya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. O, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri özünüməşğulluq proqramı haqqında təqdimatla çıxış ediblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?