23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən ilin əvvəlindən 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Ötən ilin əvvəlindən 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Ötən ilin əvvəlindən ölkəmizdə pensiyaların, ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən dövrdə həmin elektron sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17,8 mininə e-qaydada pensiya, 33,2 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Yaradılmış e-təyinat sistemləri il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsinə imkan verir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?