26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti "myGov" portalına inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti "myGov" portalına inteqrasiya olunub

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən "myGov" elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Sığortaolunanın Tibbi Kabineti" adlı elektron xidmətinin "MyGov"c portalına inteqrasiya edilib.

Vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov" portalından "Sığortaolunanın Tibbi Kabineti"nə daxil olaraq izləyə bilərlər. Bunun üçün "MyGov" portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə "Qurumlar üzrə" bölməni, sonra agentliyin adına daxil olaraq "Sığortaolunanın Tibbi Kabineti" xidmətini seçməlidir. Növbəti səhifədə "Xidmət səhifəsinə keçin" xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görə bilər. Həmçinin "Sığortaolunanın Tibbi Kabineti" xidməti vasitəsilə vətəndaş xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, sığorta statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə bilər. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov" portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən "eAgro", "eSatınalma", "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN Ödəniş", "eSosial", "eHərrac", Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr" sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa "myGov"da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?