1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda "Partners and Business" sərgisi keçirilir

Bakıda "Partners and Business" sərgisi keçirilir

Fevralın 20-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə "Partners and Business" sərgisi öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "Kapital Bank" və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim edilir. Sərgidə 150-dək şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olunur. Məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

KOBİA-nın idarə heyətinin sədrinin müavini Nadir Adilov, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, "Kapital Bank" ASC-nin nümayəndəsi Fərid Hidayətzadə və "Marsol" MMC-nin təsisçisi Tural Mustafayev çıxış edərək sərginin yerli məhsulların tanıdılması və biznes tərəfdaşlığının inkişafında əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Sərgidə, həmçinin KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və sair sahələrdə 20-dək kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

Fevralın 22-dək davam edəcək sərgi çərçivəsində biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları, əmək münasibətləri, məşğulluq kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, sahibkarlara məsləhət xidmətləri göstəriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?