23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il 2.400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Ötən il 2.400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ilk mərhələdə onlar üçün təlim kursları təşkil edilib və kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlar öyrədilib. Kursları bitirərək biznes-planlarını müdafiə etdikdən sonra isə mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Əlavə olaraq, daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində dayanıqlı biznesə sahib olmaları üçün işlər aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?