1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyin qiymətləndirilməsi qaydalarında yeniliklər edilib

Əlilliyin qiymətləndirilməsi qaydalarında yeniliklər edilib

Nazirlər Kabinetinin yeni Qərarları ilə "Əlilliyin qiymətləndirilməsi Qaydaları" və "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" təsdiq edilib. Yeni qəbul olunmuş normativ hüququ aktlar göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında bir sıra yenilikləri nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilir. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisələri ilə əlaqədar" səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə əlaqədar məhdudiyyət aradan qaldırılıb.

Həmçinin yeni təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na görə göndəriş vermək hüququ maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına aid olacaq. Yaxud müvafiq hallarda həmin göndərişlər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən veriləcək. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilməsi də nəzərdə tutulub.

Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması faktı aşkarlandığı halda, göndəriş üçün stasionar və ambulator müalicə müddəti tələbi də aradan qaldırılır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?