1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
21 sosial təminat növü üzrə təyinat elektronlaşdırılıb

21 sosial təminat növü üzrə təyinat elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib. Nazirlik elektronlaşdırılmış xidmətlərin siyahısını açıqlayıb:

Yaşa görə əmək pensiyası;
Əlilliyə görə əmək pensiyası;
Uşağın doğulmasına görə birdəfəlik müavinət;
Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin aylıq təqaüdü;
Əlilliyə görə aylıq müavinət;
Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
Prezidentin fərdi təqaüdü;
Şəhidin uşaqlarına aylıq müavinət;
Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
Yaşa görə müavinət.

Bu sosial təminat növlərinin elektronlaşdırılması il ərzində pensiya, müavinət və təqaüdlər üzrə 200 minədək təyinatın elektron şəkildə, proaktiv qaydada, yəni vətəndaşların hər hansı bir ünvana getmələrinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilməsinə imkan verir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?