1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində təlimlər keçirilir

Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" adlı birgə layihəsi çərçivəsində daha 400 nəfər əlilliyi olan şəxsin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində növbəti təlimlərə başlanılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Gəncə və Mingəçevir şəhərindən, Şamaxı, Göyçay, Şəmkir, Bərdə və Füzuli rayonlarından seçilən iştirakçılara özünüməşğulluq fəaliyyəti çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün zəruri biliklər öyrədilir. Dekabr ayında təlimlər tam şəkildə başa çatacaq.

Qeyd edək ki, layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayonlar üzrə məşğulluq orqanlarında qeydiyyata alınmış əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?